Qərb derbisində bir qol

Qərb derbisində bir qol

Azərbaycan Premyer Liqasında 30-cu tur davam edir. İkinci oyun günündə bir matç baş tutub.

Qərb derbisində “Kəpəz” “Turan Tovuz”u qəbul edib. Gəncə stadionunun ot örtüyünün durumu üzündən matç Qəbələdə təşkil olunub.

Derbinin taleyini bir qol həll edib. 8-ci dəqiqədə fərqlənən Abdullahi Şuaybu Gəncə təmsilçisinə üç xal qazandırıb. İlk yarıda Piruzi Marakvelidzenin qırmızı vərəqə alması ilə azlıqda qalan qonaqlar qarşılaşmada dönüş yarada bilməyib. Bununla da 6-cı yer üçün mübarizə aparan iki komanda arasında xal fərqi minimuma enib.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

1Qarabağ29245074-1677
2Sabah29205463-2265
3Neftçi30186655-2760
4Qəbələ301191038-3742
5Zirə301181135-4041
6Turan Tovuz30781524-4029
7Kəpəz306101430-5228
8Sumqayıt29661720-5624
9Şamaxı29491624-4521
10Səbail30561923-5121

Bombardirlər:
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Ramil Şeydayev (“Qarabağ”) – 17 qol
Coy Lens Mikels (“Sabah”) – 15 qol
Emin Mahmudov (“Neftçi”) – 15 qol

ETOPAZ

Əvvəlki yazı

Qattuzo Yunanıstana gedir

Növbəti yazı

Skamakka əməliyyat olundu