“Qəbələ”nin futbolçusu əməliyyat olundu

“Qəbələ”nin futbolçusu əməliyyat olundu

“Qəbələ”nin futbolçusu Eşqin Əhmədov Türkiyədə əməliyyat olunub. Bu barədə “Qəbələ”nin mətbuat xidməti məlumat yayıb.

19 yaşlı yarımmüdafiəçi menisk və ön çarpaz bağ bərpası ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Əhmədovun Türkiyədə gerçəkləşən əməliyyatı uğurlu keçib. Durumu yaxşı olan futbolçu 2 gündən sonra ölkəmizə qayıdıb reabilitasiyaya start verəcək.

Qeyd edək ki, I Liqada VI turun “Qəbələ” – “İmişli” oyununda (0:0) zədələnən Eşqində menisk yırtığı, ön çarpaz bağ qopması aşkarlanıb.

ETOPAZ

Əvvəlki yazı

Bundesliqada istefa

Növbəti yazı

FIFA prezidenti Bakıda