“Qəbələ”dən yeni transfer

“Qəbələ”dən yeni transfer

“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb. Komanda mərkəz müdafiəçisi Seydina Keytanı heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Seneqallı futbolçu ilə 6 ay + 1 il müddətinə müqavilə imzalanıb.

Keytanın son klubu Litvanın “Panevejis” komandası olub. O, daha əvvəl “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Molde” (Norveç) və “Diambars” (Seneqal) klublarının formasını geyinib.

Qeyd edək ki, Seydina Keyta “Qəbələ”də 33 nömrəli forma ilə çıxış edəcək.

ETOPAZ

Əvvəlki yazı

“Sabah”da ayrılıq

Növbəti yazı

Kutlu “Konyaspor”da