“Qəbələ”dən üç cavabsız qol
Azərbaycan Premyer Liqasında V tur davam edir. İkinci oyun günü Qəbələdə start götürüb.
Şəhərin eyniadlı klubu “Kəpəz”i qəbul edib. Çempionatın autsayderlərinin görüşündə meydan sahibləri qalib gəlib.
İlk yarıda Adriel Ba Lua hesabı açıb. Fasilədən sonra Prins Ovusu dubla imza atıb. 3:0 hesablı qələbə qazanan “Qəbələ” 4 xalla 8-ci pilləyə yüksəlib. Xal toplamayan “Kəpəz” isə sonuncudur.
Qeyd edək ki, bu gün turun “Sabah” – “Turan Tovuz” matçı da keçirilir.












