“Qəbələ”dən qollu heç-heçə, “Keşlə”dən səfər qələbəsi

“Qəbələ”dən qollu heç-heçə, “Keşlə”dən səfər qələbəsi

Azərbaycan Premyer Liqasında XIV tura start verilib. Mövsümün ilk yarısının son turunun ilk günündə iki oyun keçirilib.

Liderlər qrupunda yer alan “Qəbələ” və “Neftçi”nin duelində qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran komandalar aktivlərinə bir xal yazıblar. Bu heç-heçədən sonra “Qəbələ” 26 xalla ikinci yerdə qalıbsa, “Neftçi” 22 xalla üçüncü sıraya yüksəlib.

“Sumqayıt” “Keşlə” ilə ev görüşündə uduzub. 3:1 hesablı qələbə aktivini 14 xala çatdıran qonaqları 5-ci sıraya daşıyıb. İki xal geri qalan meydan sahibləri isə 7-ci pilləyə yuvarlanıb.

Qeyd edək ki, tura sabah keçiriləcək “Qarabağ” – “Zirə” və “Səbail” – “Sabah” oyunları ilə yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”da yeni hücumçu

Növbəti yazı

Günün kuponu – 16.12.2021