“Qəbələ”dən qələbə, “Sabah” xal itirdi
Azərbaycan Premyer Liqasında XVI turun daha iki oyunu keçirilib. “Qəbələ” öz meydanında “Səbail”i qəbul edib. Kizito Luvaqa erkən qolla hesabı açıb. Meydan sahibləri fasiləyədək Feras Abu Akalın fərqlənməsi ilə hesaba tarazlıq gətirib. İkinci hissədə meydana daxil olan Ülvi İsgəndərov komandasına əzmkar qələbə qazandırıb.
Öz meydanında “Şamaxı”nı qəbul edən “Sabah” da erkən qol vurduğu görüşdən üzgün ayrılıb. Bakılılar Kristian Sebalyosun qoluna sevinsə də, matçın sonlarında Fuad Bayramov qonaqların məğlubiyyətdən qaçması üçün vacib olan qolu vurub.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.