“Qəbələ”dən növbəti transfer

“Qəbələ”dən növbəti transfer

“Qəbələ”qış fasiləsində ikinci transferini reallaşdırıb. “Qırmızı-qaralar” nigeriyalı hücumçu İsmaheel Akinade ilə anlaşıb. 31 yaşlı hücumçu ilə 1.5 illik müqavilə imzalanıb.
 
Karyerasına İrlandiyanın “Bray Wanderers” komandasında başlayan futbolçu daha sonra bu ölkədə “Bohemians” və “Waterford” kimi klublarda çıxış edib. 
 
Son klubu Özbəkistan Super Liqa təmsilçisi “Andijon” olan forvard bu komanda ilə çempionatda keçirdiyi 12 oyunda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Akinade həmçinin “Andijon”un heyətində Asiya Çempionlar Liqasında da 6 matçda iştirak edib və 1 dəfə fərqlənib.
 
Qeyd edək ki, komanda bundan öncə müdafiəçi Seydina Keyta ilə də müqavilə bağlayıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 08.01.2026

Növbəti yazı

Veysəl Rzayev “Kəpəz”də