“Qəbələ”dən minimalhesablı qələbə
Azərbaycan Premyer Liqasında çıxış edən “Araz-Naxçıvan” və “Qəbələ” komandaları yoxlama oyununda üz-üzə gəliblər.
Matç “Qəbələ”nin 1:0 hesablı qələbəsi ilə bitib.
Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutan qarşılaşmanın 38-ci dəqiqəsində Prins Ovusu fərqlənib.
Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl klubun əvəzedici komandasına 7 cavabsız qolla qalib gəlib. “Qəbələ” isə “Kəpəz”i 3:1 hesabı ilə üstələyib.












