“Qəbələ”dən ev qalibiyyəti

“Qəbələ”dən ev qalibiyyəti

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub. Turun son matçı Qəbələdə keçirilib.

Rayonun eyniadlı komandası “Araz-Naxçıvan”ı qəbul edib. Görüş qarşılıqlı hücumlar şəraitində keçib. Hesab ilk yarıda açılıb. Meydan sahibləri Prins Ovusu ilə önə keçib. Lakin qonaqların cavabı gecikməyib. Bəxtiyar Həsənalızadə fərqlənib. Oyunun sonlarında Adrien Ba Lauanın qolu komandasına qələbə qazandırıb – 2:1.

ETOPAZ

Əvvəlki yazı

Mikolenko “Jirona”nın hədəfində

Növbəti yazı

Millimiz məğlub oldu