”Qəbələ”dən böyükhesablı qələbə

”Qəbələ”dən böyükhesablı qələbə

Azərbaycan Premyer Liqasında XVII tur davam edir. İkinci oyun gününə Şamaxıda start verilib.

Rayonun eyniadlı komandası “Qəbələ”ni qəbul edib. Görüş qonaqların üstünlüyü ilə keçib. Hesab ilk hissədə açılıb. Domi Massumo fərqlənib.

İkinci hissədə “qırmızı-qaralar” daha fəal oyun nümayiş etdirib. Startda İsak Amoah adını tabloya yazdırıb. Matçın sonlarında komanda daha iki qol vurub. Öncə İsmael Akinade, daha sonra Fərid İsgəndərov fərqlənib – 4:0.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 25.01.2026

Növbəti yazı

“Kəpəz” “Qarabağ”ı məğlub etdi