“Qəbələ”dən 300-cü qələbəsi

“Qəbələ”dən 300-cü qələbəsi

“Qəbələ” tarixində 300-cü qələbəsini qazanıb.  Bu, I Liqanın XXI turuna təsadüf edib. 

“Qırmızı-qaralar” Qəbələ şəhər stadionunda “Difai”ni 4:0 hesabı ilə üstələyib. 300-cü qələbə 720-ci oyunda gerçəkləşib. 

“Qəbələ” Premyer Liqada 203, Azərbaycan kubokunda 47, I Liqada 39, avrokuboklarda 11 dəfə qalib gəlib.

“Difai” üzərindəki qələbə evdə 170-ci uğur olub. Səfərdə 128 dəfə qalib gələn komandamız 2 dəfə də neytral meydanda sevinib.

Qeyd edək ki, “Qəbələ”nin ilk qələbəsi 2005-ci il sentyabrın 21-də I Liqanın “Şərur”la matçında rəsmiləşib – 8:0.

ETOPAZ

Əvvəlki yazı

Üçüncü het-trik: Mövsümdə ilk

Növbəti yazı

Azərbaycan çempionatında əcnəbi hakimlər