“Qəbələ”dən əzmkar qalibiyyət
Azərbaycan Premyer Liqasında XVIII tur davam edir. Bu gün daha bir matç keçirilib.
“Qəbələ” “İmişli”ni qəbul edib. Görüş dramatik alınıb. Hesabı Dioqo Almeyda açıb. Lakin Domi Massumo buna 2 qolla cavab verib. İkinci yarıda Almeyda dubl müəllifi olub. Buna baxmayaraq Massumo het-trikini rəsmiləşdirib və komandasına qələbə qazandırıb – 3:2.
Qeyd edək ki, tura fevralın 1-də yekun vurulacaq.












