“Qəbələ”dən əzmkar qələbə
Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. İlk matçda “Qəbələ” “Səbail”i qonaq edib.
Görüş paytaxt təmsilçisinin üstünlüyü ilə başlayıb. “Dənizçilər” ilk hissədə iki qol vurub. Lakin meydan sahibləri ikinci yarıda oyunda dönüş yaradıb. Komanda 3 qol vuraraq əzmkar qələbə qazanıb.
Qeyd edək ki, yarımfinalın digər matçı sabah keçiriləcək. “Turan Tovuz” “Neftçi”ni qəbul edib.