Qəbələdə sülh, “Zirə”dən qələbə
Azərbaycan Premyer Liqasında XI turun daha iki oyunu keçirilib. İki gün əvvəl start götürən tur paytaxtdan kənarda davam etdirilib.
Qəbələdə eyniadlı komanda “Kəpəz”i sınağa çəkib. Meydan sahibləri İsnik Aliminin qolu ilə hesabı açsa da, üstünlüyünü qoruya bilməyib. “Qəbələ” akademiyasının yetirməsi Fərid Nəbiyev ikinci hissədə sabiq klubunun qapısına yol tapıb – 1:1.
Günün digər matçında da iki qol vurulub. Sumqayıtda eyniadlı komanda ilə görüşən “Zirə” hər hissədə bir dəfə fərqlənib. Öncə Rəhim Sadıqov penaltini dəqiq yerinə yetirib, fasilədən sonra Sərtan Taşkın meydan sahiblərini məyus edib.
Qeyd edək ki, tura sabah yekun vurulacaq.
1 | Qarabağ | 10 | 10 | 0 | 0 | 31-7 | 30 |
2 | Sabah | 10 | 8 | 1 | 1 | 23-7 | 25 |
3 | Neftçi | 10 | 7 | 1 | 2 | 19-9 | 22 |
4 | Zirə | 11 | 6 | 1 | 4 | 15-17 | 19 |
5 | Qəbələ | 11 | 5 | 2 | 4 | 15-11 | 17 |
6 | Turan Tovuz | 10 | 3 | 3 | 4 | 8-13 | 12 |
7 | Səbail | 10 | 2 | 3 | 5 | 11-14 | 9 |
8 | Kəpəz | 11 | 1 | 2 | 8 | 7-26 | 5 |
9 | Sumqayıt | 11 | 0 | 4 | 7 | 2-16 | 4 |
10 | Şamaxı | 10 | 0 | 3 | 7 | 5-16 | 3 |
Bombardirlər: Ramil Şeydayev (“Qarabağ”) – 10 qol, Musa Qurbanlı (“Qarabağ”) – 8 qol, Coy Lens Mikels (“Sabah”) – 6 qol