“Qəbələ”də ayrılıq

“Qəbələ”də ayrılıq

“Qəbələ”də ayrılıq baş verib. Klub kamerunlu futbolçu Kristof Atanqana ilə yollarını ayırıb.

Bunu “qırmızı-qaralar”ın mətbuat xidməti açıqlayıb. 24 yaşlı qapıçı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2021-ci ilin iyulundan komandada çıxış edən Atanqana “qırmızı-qara” formada 36 matç keçirib. Kristof Premyer Liqada 24, Azərbaycan kubokunda 10, Konfrans Liqasında 2 oyunda iştirak edib.

Qeyd edək ki, Atanqana “Qəbələ” ilə 2022/23 mövsümündə Azərbaycan kubokunun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

PSJ tarixində ikinci dəfə

Növbəti yazı

“Neftçi” – “Sabah” matçının məkanı dəyişdirildi