“Qəbələ”də 3 itki
“Qəbələ” Azərbaycan Premyer Liqasının XXXIII turunun “Səbail”lə səfər oyununun hazırlıq prosesini başa vurub. Bunu klubun mətbuat xidməti açıqlayıb.
Ülvi İsgəndərov hazırlığa qatılmayıb. Lukas Afriko və Murad Musayev isə fərdi məşqlə kifayətləniblər.
Qeyd edək ki, mayın 6-da “ASCO Arena”da baş tutacaq “Səbail” – “Qəbələ” qarşılaşması saat 19:00-da başlayacaq.