“Qəbələ” yenidən Premyer Liqada

“Qəbələ” yenidən Premyer Liqada

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan ilk komanda bəlli olub. Bu, I Liqanın XX turunda dəqiqləşib.

Yarışın lideri “Qəbələ” səfərdə “Baku Sportinq”lə qarşılaşıb. Kaxaber Tsxadadzenin yetirmələri 5:0 hesablı qələbə qazanıblar.

“Qırmızı-qaralar” bununla da xallarının sayını 52-yə çatdırıb. 4-cü pillədə qərarlaşan “Baku Sportinq”lə fərqi 26-ya çatdıran “Qəbələ” sona 7 tur qalmış ilk “üçlük”də yerini təmin edib.

Premyer Liqaya 3 komanda yüksələcəyindən “qırmızı-qaralar” bununla da elitaya vəsiqə qazanıb. Digər iki vəsiqənin sahibləri qarşıdakı turlarda bəlli olacaq.

Qeyd edək ki, “Qəbələ” 2006-2024-cü illərdə də Premyer Liqada çıxış edib. Komanda iki dəfə gümüş, üç dəfə bürünc medal qazanıb, həmçinin 2 dəfə kubokun qalibi olub.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 05.04.2025

Növbəti yazı

Millimizin matçının yeri bəlli oldu