“Qəbələ” və “Neftçi”dən səfər qələbəsi

“Qəbələ” və “Neftçi”dən səfər qələbəsi

Bu gün Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vurulub. Turun son oyun günündə iki matç keçirilib.

“Zirə” doğma divarlar arasında “Qəbələ” ilə qarşılaşıb. Qonaqlar görüşə üstün başlayıb. “Qırmızı-qaralar” ilk hissədə 2 qol vurub. Fasilədən sonra daha bir dəfə fərqlənən Elmar Baxşıyevin yetirmələri inamlı qələbə qazanıb.

“Neftçi” isə “Sumqayıt”ın qonağı olub. “Ağ-qaralar” Tyaqo Bezerranın qolu ilə hesabı açıb. Braziliyalı ikinci hissədə dublunu rəsmiləşdirərək oyunda son nöqtəni qoyub.

ETOPAZ

Əvvəlki yazı

Nadal “Real”ın oyununa görə matçının vaxtını dəyişdi

Növbəti yazı

“Real”dan əzmkar qələbə