“Qəbələ” Tovuzdan 3 xalla dönür
Azərbaycan Premyer Liqasında 1-ci tura yekun vurulub. Son oyun günündə bir qarşılaşma baş tutub.
“Turan Tovuz” “Qəbələ”ni qəbul edib. Gərgin keçən matçın ilk yarısında meydan sahibləri azlıqda qalıb. Piruzi Marakvelidze 31-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılıb. Hesab isə ikinci hissədə açılıb. İsnik Alimi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirib – 0:1. Bir qədər sonra “Qəbələ” fərqi iki topa çatdırıb. Rafael Utziq oyunda son nöqtəni qoyub – 0:2.