“Qəbələ” Macarıstanda üstünlüyü əldən verdi
Konfrans Liqasında mübarizə aparan “Qəbələ” Macarıstanda “Fehervar”ın qonağı olub. II təsnifat mərhələsinin ilk oyunu meydan sahiblərinin təzyiqi ilə başlayıb.
Hesabı isə Rafael Utziq açıb. Lakin təmsilçimiz üstünlüyü qoruya bilməyib. Macarıstan klubu fasiləyədək Kenan Kodronun qolu ilə hesabı bərabərləşdirib.
İkinci hissədə meydan sahibləri daha fəal olub. Bu da hesabda öz əksini tapıb. Adrian Rus, Kenan Kodro və Budu Zivzivadzenin qolları “Fehervar”a böyükhesablı qələbə qazandırıb – 4:1.
Qeyd edək ki, cavab oyunu iyulun 28-də Qəbələ şəhər stadionunda baş tutacaq.