“Qəbələ” məşqlərə start verdi
“Qəbələ” 2025/26 mövsümünün hazırlığına start verib. I Liqanın çempionunun təlim-məşq toplanışı Qəbələdə başlayıb.
“Qırmızı-qaralar”ın ilk məşqi Qəbələ şəhər stadionunda baş tutub. Futbolçular öncə fiziki hazırlıq keçib, ardınca toplu və topsuz çalışmalar yerinə yetiriblər.
Qeyd edək ki, hazırlıq prosesinin ilk mərhələsi 14 gün davam edəcək. Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb.












