”Qəbələ” finalda
Azərbaycan kubokunda yarımfinal mərhələsinə yekun vurulub. Son matçda ”Səbail” ”Qəbələ”ni qonaq edib.
Görüş qarşılıqlı hücumlarla keçib. Hesab ikinci hissənin əvvəlində açılıb. ”Qırmızı-qaralar”ın yarımmüdafiəçisi İsnik Alimi penaltini dəqiq yerinə yetirib – 1:0. Tərəflərin səylərinə baxmayaraq matçda başqa qol vurulmayıb.
Beləliklə, ”Qəbələ” finalda ”Neftçi”nin rəqibi olub.