“Qəbələ” avrokuboklarda
Azərbaycan Premyer Liqasında 36-cı tura start verilib. Sonuncu turun ilk oyun günündə iki matç başa çatıb.
Paralel keçirilən matçlar 4-cü yerin taleyinə aydınlıq gətirib. “Qəbələ” evdə “Kəpəz”lə qarşılaşıb. İsnik Aliminin penalti ilə hesabı açdığı görüşdə Zamiq Əliyev bərabərlik qoluna imza atıb – 1:1.
Bu bir xal “Qəbələ”yə 4-cü yeri tutmaq üçün yetərli olub. Düzdür, “Zirə” səfərdə “Sumqayıt”ın qapısından 3 cavabsız top keçirib. Rəhim Sadıxov iki, Toni Qomes bir dəfə fərqlənib. Komandaların xalları bərabər olsa da, şəxsi oyunlardakı üstünlük “Qəbələ”nin “Zirə”ni qabaqlaması üçün kifayət edib.
4-cü yeri tutan Elmar Baxşıyevin yetirmələri avrokuboklara vəsiqə də qazanıb. “Qırmızı-qaralar” kubokun finalından asılı olmayaraq Konfrans Liqasında oynamaq hüququ qazanıb.
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Qarabağ | 35 | 27 | 6 | 2 | 88-24 | 87 |
2 | Sabah | 35 | 25 | 6 | 4 | 75-23 | 81 |
3 | Neftçi | 35 | 19 | 8 | 8 | 62-38 | 65 |
4 | Qəbələ | 36 | 13 | 11 | 12 | 47-47 | 50 |
5 | Zirə | 36 | 13 | 11 | 12 | 45-46 | 50 |
6 | Turan Tovuz | 35 | 10 | 9 | 16 | 35-46 | 39 |
7 | Sumqayıt | 36 | 8 | 7 | 21 | 26-70 | 31 |
8 | Kəpəz | 36 | 6 | 13 | 17 | 34-62 | 31 |
9 | Səbail | 35 | 6 | 8 | 21 | 31-62 | 26 |
10 | Şamaxı | 35 | 4 | 13 | 18 | 26-51 | 25 |
Bombardirlər:
Ramil Şeydayev (“Qarabağ”) – 22 qol
Musa Qurbanlı (“Qarabağ”) – 20 qol
Coy Lens Mikels (“Sabah”) – 17 qol
Emin Mahmudov (“Neftçi”) – 16 qol
Aleksey Kaşuk (“Sabah”) – 16 qol