“Bavariya” və “Benfika” 1/8 finalda, “Milan” ÇL-lə vidalaşdı
“Qəbələ” avrokuboklarda mübarizəni dayandırdı
Bu gün Konfrans Liqasında II təsnifat mərhələsinin cavab görüşləri keçirilib. Təmsilçimiz “Qəbələ” evdə “Fehervar”ı qəbul edib.
İlk matçda 1:4 hesabı ilə məğlub olan “qırmızı-qaralar” oyuna yaxşı başlayıb. Ardıcıl hücumlar təşkil edən Elmar Baxşıyevin yetirmələri 34-cü dəqiqədə istəyinə çatıb. Rövlan Muradov cərimə meydanı xaricindən gözəl zərbə ilə hesabı açıb. Hissənin sonlarında qonaqlar bərabərlik topunu vurmağı bacarıb. Budu Zivzivadze adını tabloya yazdırıb. İkinci yarı da eyni ssenari ilə keçib. “Qəbələ”nin fəallığı özünü 73-cü dəqiqədə özünü göstərib. Felipe Santoş komandasının 2-ci topunu vurub. Tərəflərin səylərinə baxmayaraq matçda başqa qol olmayıb. Görüş təmsilçimizin 2:1 hesablı qələbəsiylə bitib.
Beləliklə, iki oyunun nəticəsinə görə 3:5 hesabı ilə məğlub olan “Qəbələ” avrokuboklarda mübarizəni dayandırıb.