“Qəbələ” 1/4 finalda
Azərbaycan Kubokunda 1/8 final mərhələsi davam edir. Üçüncü oyun gününə Qəbələdə start verilib.
”Qəbələ” “Şəfa”nı qəbul edib. Görüş erkən qolla başlayıb. İbrahima Sanqare meydan sahiblərini sevindirib. Lakin çox keçmədən Emin Zamanov bərabərlik topunun müəllifi olub. Matçın ikinci yarısında Sanqare özünün və komandasının 2-ci qolunu vuraraq “Qəbələ”ni növbəti mərhələyə yüksəldib.
Qeyd edək ki, komandanın 1/4 finaldakı rəqibi “Sabah” olacaq.












