Pyaniç “Lion”a dönə bilər
“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını Liqa 1-də davam etdirə bilər. Onun xidmətində “Lion” maraqlıdır.
Fransalılar futbolçu üçün transfer təklifi göndərib. Yarımmüdafiəçinin keçid məbləği 9,5 milyon avro olaraq qiymətləndirilir.
Xatırladaq ki, Pyaniç 2008-11-ci illərdə klubda çıxış edib.