Pyaniç “İnter”in hədəfində
“Barselona”nın yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İtaliyada davam etdirə bilər. Oyunçu ilə “İnter” yaxından maraqlanır.
“Nerazzurri” bosniyalının nümayəndəsi ilə əlaqə saxlayıb. Transferi “İnter” baş direktoru Cüzeppe Marotta istəyir.
“Barselona” özü də bu yay 32 yaşlı oyunçunu satmaq istəyir. Pyaniç bu mövsüm icarə əsasında “Beşiktaş”da oynayır.