Püşkatma mərasiminin vaxtı bəlli oldu
Azərbaycan Premyer Liqasında 2025/2026 mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Tədbir iyulun 18 -də “Alov qüllələri” kompleksinin “Üzeyir Hacıbəyli zalı”nda baş tutacaq.
Püşkatma “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 15-də start götürəcək.













