“Pumas” Dani Alveslə yollarını ayırdı

“Pumas” Dani Alveslə yollarını ayırdı

 “Pumas”  Dani Alveslə müqaviləyə xitam verib. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Meksika təmsilçisi bu addımı braziliyalı müdafiəçinin həbsindən sonra atıb. Alves Barselonanın gecə klublarının birində 23 yaşlı qızı zorlamaqda ittiham olunur.

“Pumas” rəhbərliyi bu üzdən futbolçu ilə yollarını ayırmağa qərar verib.

ETOPAZ

Əvvəlki yazı

Plişkova dörd ildən sonra 1/8 finalda

Növbəti yazı

“Yuventus” şikayət edəcək