Pulişiçdən məhsuldar debüt
“Milan” yoldaşlıq görüşündə “Lumezzane” ilə qarşılaşıb. “Qırmızı-qaralar” rəqibini 7:0 hesabı ilə məğlub edib.
“Rossoneri”nin yeni transferi Kristian Pulişiç matçda debütünü rəsmiləşdirib. Amerikalı start heyətində meydana çıxıb və 45 dəqiqə oynayıb. O, görüşdə iki məhsuldar ötürmə ilə yadda qalıb.