Pulişiç “Milan” yolunda
“Çelsi”nin yarımmüdafiəçisi Kristian Pulişiç komandanı tərk etməyə yaxındır. O, “Milan”ın hədəfindədir.
Tərəflər futbolçunun İtaliya klubuna transferi üçün şərtləri razılaşdırmağa yaxındırlar. “Milan” “zadəganlar”a ABŞ millisinin oyunçusunun keçidi üçün 22 milyon avro təklif edib.