Puiq “Barselona”nı tərk edə bilər
“Barselona”da növbəti ayrılıq yaşanmaq üzrədir. Yarımmüdafiəçi Riki Puiq bu yay klubu tərk edə bilər.
22 yaşlı ispaniyalı MLS klublarının diqqətini çəksə də, ona ən çox marağı “Los Anceles Qalaksi” göstərir. “Barselona” isə bir ildən sonra azad agent ola biləcək yarımmüdafiəçi ilə müqaviləni uzatmağı düşünür.