PSV-nin hücumçusu “Fulhem” yolunda

PSV-nin hücumçusu “Fulhem” yolunda

PSV-nin hücumçusu Rikardo Pepi komandanı tərk etməyə yaxındır. O, karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

“Fulhem” amerikalı futbolçunu transfer etmək istəyir. London klubu Pepi üçün 25 milyon avroluq təklif göndərməyi planlaşdırır.

Niderland nəhəngi isə 22 yaşlı forvard üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, PSV Rikardo Pepini 2023-cü ilin yayında “Auqsburq”dan transfer edib.

ETOPAZ

Əvvəlki yazı

”Atalanta”da ayrılıq

Növbəti yazı

“Liverpul”da məşqçi ayrılığı