PSV-nin futbolçusu “Çelsi” yolunda
“Çelsi” heyətini gücləndirmək niyyətindədir. İngiltərəlilər daha bir futbolçunun transferini rəsmiləşdirməyə yaxındır.
London təmsilçisi Niderlandın PSV komandasından Noni Maduekeni rənglərinə bağlayır. Zadəganlar 20 yaşlı oyunçu üçün qarşı tərəfə 35 milyon avro ödəyəcək. Madueke yaxın günlərdə Londona gedərək rəsmi müqaviləyə qol çəkəcək.