PSJ yeddi futbolçusunu satır

PSJ yeddi futbolçusunu satır

PSJ qarşıdakı iki transfer pəncərəsində futbolçularının satışından ən azı 100 milyon avro qazanmalıdır. Fransa klubu 2022-ci ilin iyununa qədər büdcəsinə bu qədər vəsait əlavə etməlidir.

Parislilər bunu bacarmasa, maliyyə feyr-pleyi normalarından kənar qalacaq. Onda maliyyə defisitini klubun sahibi “Qatar Sports İnvestments” doldurmalı olacaq.

Məhz bu səbəbdən PSJ satacağı oyunçuların siyahısını müəyyənləşdirib. Burada 7 futbolçunun adı var. Qapıçı Serxio Riko, müdafiəçilər Leven Kurzava, Tilo Kerer, Abdu Diallo, yarımmüdafiəçilər Rafinya, Yulian Dreksler və hücumçu Mauro İkardinin satılması planlaşdırılır.

ETOPAZ

Əvvəlki yazı

On sıçrayış

Növbəti yazı

“Liverpul”dan transfer qərarı