PSJ və “Mançester Yunayted”in hədəfində
İtaliya “Latsio”sunun futbolçusu Sergey Milinkoviç-Saviç mövsümün sonunda komandasını dəyişə bilər. Serbiyalı yarımmüdafiəçi “Mançester Yunayted” və PSJ-nin hədəfindədir.
Roma təmsilçisi də futbolçusu ilə vidalaşmağa hazırdır. “Latsio” rəhbərliyi onun üçün 70-80 milyon avro tələb edir.
Milinkoviç-Saviç cari mövsümün 23 oyununda 5 qol vurub. Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.