PSJ və “Barselona” yarımfinalda
Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start verilib. İlk iki yarımfinalçı İngiltərə və Almaniyada bəlli olub.
“Barselona” evdə darmadağın etdiyi Dortmund “Borussiya”sının qonağı olub. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəlsə də, Dortmund klubuna yarımfinala yüksəlmək üçün kifayət etməyib.
PSJ isə “Aston Villa” ilə səfər görüşünə üstünlüklə çıxıb. Qonaqlar 2:0 hesabı ilə önə keçsələr də, ingilislər 3:2 hesabı ilə qalib gəlib.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
15 aprel
“Aston Villa” – PSJ – 3:2
Tilemans, 34. Makgin, 55. Konsa, 58 – Hakimi, 11. Nuno Mendeş, 27
İlk oyun – 1:3
“Borussiya” D – “Barselona” – 3:1
Girassi, 11 (p.); 49; 76 – Bensebaini, 54 (öz qapısına)
İlk oyun – 0:4
Qeyd edək ki, cavab oyunlarına aprelin 16-da yekun vurulacaq.












