PSJ üçün şad xəbər
PSJ-nin yarımmüdafiəçisi Uorren Zair-Emeri zədəsini sağaldıb. 17 yaşlı yarımmüdafiəçi dekabrın 6-sından etibarən komanda ilə məşqlərə çıxır.
O, AVRO-2024-ün seçmə mərhələsində Cəbəllütariqlə oyunda zədələnib. Gənc futbolçunun Çempionlar Liqasının qrup mərhələsində Dortmund “Borussiya”sı ilə matçda oynaması gözlənilir.