PSJ tarixində üçüncü
PSJ-nin futbolçusu Markinyos Fransa klubunda 380-ci oyununu keçirib. Bu, Liqa1-in XII turunun “Ayaçço” ilə matçına təsadüf edib.
28 yaşlı braziliyalı bununla da klub tarixində ən çox oyun keçirən üçüncü futbolçu olub. O, yalnız Jan-Mark Pilorje (435) və Marko Verrattidən (393) geri qalır.
Markinyos 2013-cü ildə “Roma”dan PSJ-yə 32 milyon avroya keçib. 2020-ci ilin yayından cənubi amerikalı komandanın kapitanıdır.
Qeyd edək ki, PSJ “Ayaçço”nu 3:0 hesabı ilə məğlub edib.