PSJ tarixində ikinci dəfə

PSJ tarixində ikinci dəfə

Liqa 1-də mübarizə başlayıb. PSJ “Havr”la qarşılaşıb – 3:0.

Komandanın hər üç qoluna oyuna sonradan daxil olan futbolçular imza atıb. Usman Dembele, Bredli Barkolya və Rendal Kolo-Muani matça ehtiyatda başlasalar da, meydana çıxdıqdan sonra qol sevinci yaşayıblar. Liqa1-in I turunda yaşanan bu hadisə PSJ-nin tarixində ikinci dəfə qeydə alınıb.

1996-cı il sentyabrın 3-də “Monpelye”ni 3:0 hesabı ilə məğlub edən parislilərin hər üç qolunu əvəzetmədən oyuna çıxanlar vurub. Həmin vaxt Xulio Deli Valdes, Leonardo və Loran Furnye fərqlənib.

ETOPAZ

Əvvəlki yazı

“Çelsi”dən “Strasburq”a

Növbəti yazı

“Qəbələ”də ayrılıq