PSJ Superkubokun qalibi oldu

PSJ Superkubokun qalibi oldu

Fransa Superkubokunun qalibi bəlli olub. Matç Qətərin paytaxtı Doha şəhərində baş tutub.

Görüşdə PSJ “Monako” ilə qarşılaşıb. Oyunun taleyini bir qol həll edib. Matçın əsas vaxtına əlavə olunan dəqiqələrdə Usman Dembele fərqlənib.

Bununla da PSJ Fransa Superkubokunun qalibi olub. Parislilər bu göstəricidə rekordçudur.

Titul sayında ikinci pillədə “Lion” qərarlaşıb. Komandanın aktivində 8 belə kubok var.

ETOPAZ

Əvvəlki yazı

PSJ Palmeri istəyir

Növbəti yazı

Qyokereş hamını qabaqladı