PSJ Superkubokun qalibi oldu

PSJ Superkubokun qalibi oldu

Fransa Superkubokunun qalibi bəlli olub. Həlledici qarşılaşmada PSJ və “Marsel” üz-üzə gəlib.

Gərgin mübarizə şəraitində keçən oyunun əsas vaxtında qalib müəyyənləşməyib – 2:2. Qalibi müəyyən etmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

Burada daha dəqiq olan Paris təmsilçisi rəqibini 4:1 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.

Qeyd edək ki, PSJ tarixində 14-cü dəfə Fransa Superkubokunu qazanıb.

ETOPAZ

Əvvəlki yazı

Mert Günok “Fənərbaxça”da

Növbəti yazı

“Real” “Barselona”ya rəqib oldu