PSJ seçimini etdi

PSJ seçimini etdi

PSJ-nin növbəti mövsümdəki əsas qapıçısı müəyyənləşib. Klub rəhbərliyi Keylor Navas və Canluici Donnarumma arasında seçimini edib.

Əsas qapıçının italiyalı olması barədə qərar qəbul olunub. Bunadək hər iki qolkiper qeyri-müəyyənlikdən şikayətlənirdi. Bu üzdən seçim etməli olan Fransa təmsilçisi 23 yaşlı italiyalıya üstünlük verib.

Qeyd edək ki, Navas “Nyukasl”ın transfer siyahısında yer alıb. O, rəhbərliyin belə seçimindən sonra İngiltərə klubuna keçə bilər.

ETOPAZ

Əvvəlki yazı

39 ilin rekordu

Növbəti yazı

Ələskərovlu “Bursaspor” 1-ci liqanı tərk etdi