PSJ rekordunu təkrarladı
PSJ “Makkabi”ni 7:2 hesabı ilə məğlub edib. Bununla da parislilər avrokubok matçında vurulan qol rekordunu təkrarlayıb.
Fransa təmsilçisi bunadək 4 dəfə bir matçda 7 dəfə fərqlənməyi bacarıb. Komanda 2000-ci ildə Çempionlar Liqasında “Rusenborq”a (7:2), 2001-ci ildə İntertoto kubokunda “Gent”ə (7:1), 2017-ci ildə yenə Avropanın ən nüfuzlu klub turnirində “Seltik”ə (7:1) 7 dəfə qol vura bilib.