PSJ Ramosla bağlı qərarını düşünür
PSJ müdafiəçi Serxio Ramosla bağlı qərarını hələ ki, verməyib. Parislilər onun gələcəyi ilə bağlı qərarı mövsümün sonunda verəcək.
Klub rəhbərliyi 36 yaşlı ispaniyalıya yeni müqavilə təklif edib-etməyəcəyini dəqiqləşdirmək üçün oyunçunun mövsümün qalan hissəsindəki çıxışına baxmaq istəyir. Ramosun Fransa təmsilçisi ilə sözləşməsi 2023-cü il iyun ayının sonuna qədərdir.