PSJ Rafinyanı istəyir
Çempionlar Liqasında mübarizəni dayandıran PSJ heyətini gücləndirmək niyyətindədir. Fransa klubu “Lids”in cinah oyunçusu Rafinyanı almaq üçün çalışmalara başlayıb.
25 yaşlı braziliyalının “Barselona” və “Liverpul”a keçidi də mümkündür. İspaniya və İngiltərə nəhəngləri də futbolçunun xidmətində maraqlıdır.
Qeyd edək ki, Rafinyanın “Lids”lə müqaviləsi 2024-cü ilə qədərdir.