PSJ-nin yay hədəfi
PSJ-nin yay transfer pəncərəsi üçün hədəfi müəyyənləşib. Fransa klubu Bernardu Silvanı heyətinə qatmaq istəyir.
“Mançester Siti”nin 28 yaşlı ulduzu “Barselona”nın da maraq dairəsindədir. İngiltərə klubu oyunçusunu 90 milyon avrodan aşağı satmamaq niyyətindədir.
Qeyd edək ki, Silva mövsümün 39 oyununda 4 qol vurub.