PSJ-nin sahibi La Liqadan klub alır

PSJ-nin sahibi La Liqadan klub alır

PSJ-nin sahibi Nasser Al-Xelaifi İspaniyanın “Malaqa” klubunu ala bilər. Onun rəhbərlik etdiyi Qatar Sports Investments (QSI) şirkəti bu istiqamətdə danışıqlara start verib.

Malaqa təmsilçisinin səhmələrinin 49 faizi “Bluebay” daşınmaz əmlak şirkətinə və qalan hissəsi qətərli biznesmen Abdullah Al Taniyə məxsusdur. Sövdələşmənin dəyərinin 100 milyon avro olması gözlənilir.

Qeyd edək ki, “Malaqa” 2017/2018 mövsümündə İspaniyanın 2-ci Liqasında mübarizə aparır. Komanda cari mövsümdə 32 turdan sonra 42 xalla 15-ci pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem” Postekoğlu ilə vidalaşır

Növbəti yazı

Flik ikinci pilləyə yüksəldi