PSJ-nin Ronaldo arzusu
“Mançester Yunayted”dən ayrılacağı gözlənilən Kriştiano Ronaldo karyerasını Fransada davam etdirə bilər. PSJ rəhbərliyi portuqaliyalı ulduzu qışda transfer etmək istəyir.
Paris təmsilçisinin idman direktoru Luiş Kampuş heyəti azaltmaq və gəncləşdirmək istəsə də, klubun sahibləri bunun əksinə ulduzun keçidini arzulayır. Amma Ronaldonun vətənə qayıdıb “Sportinq”inə transfer olmaq ehtimalı istisna deyil.
Qeyd edək ki, 37 yaşlı forvardın son qalmaqallı müsahibəsi “Mançester Yunayted” rəhbərliyinin qəzəbinə səbəb olub.