PSJ-nin qış planı
PSJ qış transfer pəncərəsində heyətinə yeni futbolçu qatmayacaq. Bunu Fransa klubunun prezidenti Nasser El-Xelaifi açıqlayıb.
O bildirib ki, yanvarda transfer olunması nəzərdə tutulmayıb: “Düşünürəm ki, yanvarda bir futbolçu ilə də müqavilə imzalamayacağıq. Bizə konkret futbolçu lazım deyil. İndiki heyətimizi saxlamalıyıq”.